Dünyanın ən reytinqli universitetləri - SİYAHI

Dünyanın ən reytinqli universitetləri - SİYAHI
  11 Oktyabr 2013    Oxunub:3127
Dünya universitetlərinin 2013-2014-cü illər üzrə növbəti reytinq cədvəli açıqlanıb.
Böyük Britaniyanın "Quacquarelli Symonds" şirkəti dünyanın 200 ən nüfuzlu ali məktəblərinin reytinq cədvəlini (QS World University Rankings) hazırlayıb. Oktyabrın 2-də isə Britaniyanın Times Higher Education jurnalı 2013-2014-cü illər üzrə dünyanın 400 ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini açıqlayıb. Ali məktəblərin akademik nüfuzunun ən böyük beynəlxalq tədqiqatçılarından hesab olunan Times Higher Education-un növbəti araşdırması dünya ölkələrindən 10 minə yaxın ali məktəbi əhatə edir. Reytinq Thomson Reuters kompaniyasının təqdim etdiyi ali məktəblərin fəaliyyətini əks etdirən məlumatlara əsaslanır. Reytinq cədvəlinə artıq 3 ildir ki, fasiləsiz olaraq Amerikanın Kaliforniya Universiteti başçılıq edir. Dünyanın 200 ən nüfuzlu universitetlərinin siyahısına əsasən Amerika və Böyük Britaniya universitetləri liderlik edir. İlk 10-luqda Amerika 7, Böyük Britaniya 3 ali məktəblə təmsil olunur.

Harvard Universiteti Oksford Universiteti ilə birlikdə siyahının 2-3-cü sırasında yerləşib. Stenford Universiteti 4-cü, Massaçusets Texnologiya Universiteti isə 5-ci yeri tutublar.

Avropanın ən güclü universitetləri Böyük Britaniyanın payına düşür. Reytinq cədvəlində bu ölkənin 31 ali məktəbi yer alıb. 200-lüyə Niderlandın 12, Almaniyanın 10, Fransanın 8, İsveçrənin 7, Belçikanın 5 universiteti daxil olub.

Asiyada liderlik Yaponiyanın Tokio Universitetinə (23-cü yer) məxsusdur. Sinqapurun Milli Universiteti Avstraliyanın Melburn Universitetini (34-cü yer) qabaqlayaraq 26-cı yerə çıxıb. Çinin Pekin Universiteti 45-ci yerdə qərarlaşıb. Türkiyənin Boğaziçi Universiteti 200 universitet arasında 199-cu yerdə yerləşib.
Rusiya ali məktəbləri dünyanın 200 ən yaxşı universitetləri sırasına daxil ola bilməyiblər. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti bu siyahıda 226-250-ci yerləri tutan ali məktəblər qrupuna daxildir. Ötən il MDU "201-225" ali məktəblər qrupuna daxil olub.

Times Higher Education jurnalının redaktoru Fill Beytin sözlərinə görə, Rusiya ali məktəbləri getdikcə reytinq cədvəlinin yüksək sıralarından uzaqlaşmağa başlayıblar.

Dünya universitetlərinin 2013-2014-cü illər üzrə növbəti reytinq
cədvəli ilə buradan tanış ola bilərsiniz.


Teqlər:  





Xəbər lenti