Direktor olmaq istəyənlər üçün müsahibə keçirilir

Direktor olmaq istəyənlər üçün müsahibə keçirilir
  31 May 2018    Oxunub:1783
Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün keçirilən təlimlərdə iştirak edən namizədlərin müsahibə mərhələsinə başlanılıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə vakant direktor vəzifələrinə namizədlər müsahibənin nəticələrinə əsasən müəyyənləşəcək.

Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təlimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən təşkil edilib. Təlimlər Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyalarda işləyən direktorlar, direktor müavinləri və müəllimləri əhatə edib.

Təlim iştirakçılarının yekun qiymətləndirməsindən sonra müvafiq bal toplamış şəxslər müsahibə mərhələsinə dəvət olunub.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Direktor  





Xəbər lenti