Ermənistanda demoqrafik böhran: Əhali 1 ildə 13 min nəfər azalıb

Ermənistanda demoqrafik böhran: Əhali 1 ildə 13 min nəfər azalıb
  31 May 2018    Oxunub:1756
Ermənistanda 2017-ci ildə təbii doğum göstəricisi psixoloji həddən çox aşağı olub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Əmək və sosial məsələlər naziri Vanik Babacanyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistanın demoqrafik inkişaf dinamikası son 2 ildə olduqca narahatedici və əlverişsizdir.

"Ötən ildə ölkədə doğulan uşaqların sayı bir qədər də azalaraq, 37,7 min nəfər olub. Ermənistandakı daimi əhali sayında mütəmadi azalmalar davam edir. 2017-ci ildə ölkənin əhalisinin sayı daha 13,2 nəfər azalıb. Bununla belə nikah göstəriciləri də ürəkaçan deyil. Ötən ildə nikahların sayında 1000 azalma müşahidə olunub, boşalmaların sayı isə əksinə artaraq, daha 290 boşanma qeydə alınıb".

BMT-nin Əhali Fondunun Ermənistandakı ofisinin icraçı nümayəndəsi Çovinar Arutyunyan isə bildirib ki, 2018-ci ildə də təbii artım göstəricilərində böyük azalma davam edib. Bu ilin ilk rübü ərzində Ermənistanda doğum sayı 300, əhalinin ümumi sayı isə 12 min nəfər azalıb.

Arutyunyanın sözlərinə görə, ölkədə təbii artım dinamikasının durmadan azalması ilə müşahidə olunan demoqrafik böhran hələ uzun illər davam edəcək. Yeni doğulanların sayı isə 2024-cü ilə qədər illik 25 min nəfərədək azalacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan  



Xəbər lenti