Türk səfirin ABŞ-dan qayıtmasının səbəbi bilindi

Türk səfirin ABŞ-dan qayıtmasının səbəbi bilindi
  31 May 2018    Oxunub:1752
Vaşinqtonun İsraildəki səfirliyini Qüdsə köçürməsinə etiraz olaraq Ankaranın məsləhətləşmələr üçün geri çağırdığı ABŞ-dakı səfiri Serdar Kılıç vəzifəsini davam etdirmək üçün bu gün yenidən Amerikaya qayıdıb.
AzVision.az bildirir ki, bu barədə Türkiyənin NTV telekanalı xəbər yayıb. Kılıçın geri qayıtmasının əsas səbəbi isə Suriyanın Menbiç rayonunun YPG/PYD terrorçularından azad olunmasına dair Vaşinqtonda keçiriləcək danışıqlarda iştirak etməsidir.

Qeyd edək ki, iyunun 4-də ABŞ dövlət katibi Mayk Pompeo ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ikitərəfli münasibətləri yoluna qoymaq və Suriya msələsini müzakirə etmək üçün Vaşinqtonda görüşəcəklər.

Türk mediasında belə bir məlumat yayılıb ki, həmin görüşdə Suriyada Fərat çayının qərb sahilində yerləşən Menbiç rayonunun mərhələli şəkildə 1 ay ərzində PKK-nın Suriya qolu olan PYD-YPG terrorçularından təmizlənməsi planına dair razılıq əldə olunacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   ABŞ   Suriya   YPG   Menbiç  





Xəbər lenti