Danimarkada niqab qadağan edildi

Danimarkada niqab qadağan edildi
  31 May 2018    Oxunub:1622
Danimarka parlamenti ictimai yerlərdə üzü örtən baş geyimlərindən istifadənin qadağan olunmasına dair qanun qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Danimarkanın “DR” radiosu məlumat yayıb. Qeyd olunub ki, hökumətin təşəbbüsü ilə hazırlanan qanun avqustun əvvəlindən qüvvəyə minəcək.

Bununla da, ictimai yerlərdə niqab, burka, yaxud balaklav taxanlar 1000 Danimarka kronu (157 dollar) məbləğində cərimə ediləcəklər. Əgər qanunda göstərilən qadağını inkar edib üzü bağlayan geyimlərdən təkrar istifadə olunsa, cərimənin məbləği də artacaq. Bu qanunu pozanlara kəsiləcək cərimənin maksimal həddi isə hələlik 10 min kron (1568 dollar) olacaq.

Bununla belə, sənəddə deyilir ki, soyuq havada insanların ağız-burun hissəsini şərflə örtmələri istisnadır və bu, qanun pozuntusu hesab edilməyəcək. Həmçinin iş maskaları və əyləncələrdə üzə taxılan maskalara görə də cərimə kəsilməyəcək.

Qeyd edək ki, bundan əvvəl Almaniyada müəllimlər 14 yaşına çatmayanların hicab taxmasını qadağan edən qanuna dəstək çıxmışdılar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Danimarka   niqab   Almaniya  





Xəbər lenti