Türkiyə ordusu üç şəhid verib

Türkiyə ordusu üç şəhid verib
  31 May 2018    Oxunub:2010
İraqın şimalında PKK terrorçuları ilə atışmada Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi şəhid olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə ordusunun Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, mayın 31-də İraqın şimalında həyata keçirilən əməliyyatın gedişində separatçı terrorçu qruplaşmanın üzvləri ilə baş vermiş toqquşmada üç hərbçi şəhid olub.

Hazırda bölgədə antiterror əməliyyatları davam etdirilir.

AzVision.az


Teqlər: Türkiyə   Şəhid  



Xəbər lenti