ABŞ Avropaya ticarət müharibəsi elan etdi

ABŞ Avropaya ticarət müharibəsi elan etdi
  01 İyun 2018    Oxunub:1177
ABŞ administrasiyası iyunun 1-dən başlayaraq Avropa İttifaqı ölkələri, Kanada və Meksikadan idxal edilən polad və alüminium məhsullarına gömrük rüsumu tətbiq edəcək.
TASS-ın verdiyi məlumata görə, bunu ABŞ-ın ticarət naziri Uilbur Ross deyib.

“Bildiyiniz kimi, ABŞ Prezidenti Donald Tramp martın 23-də bir sıra ölkədən gətiriləcək polad və alüminiuma görə gömrük rüsumu alınması barədə qərar vermişdi. O, həmçinin Cənubi Koreya, Argentina, Braziliya, Avstraliya, Avropa İttifaqı, Meksika və Kanadanı müvəqqəti olaraq həmin rüsumlardan azad etmişdi. Bu istisnaların fəaliyyət müddəti mayın 31-i gecə yarısı bitir”, – deyə Ticarət Nazirliyinin rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Tramp Kanada, Meksika və Avropa İttifaqı ilə bağlı həmin istisnaların müddətini uzatmaqdan imtina edib. İyunun 1-dən etibarən bu ölkələrdən polad və alüminium idxalina müvafiq olaraq 25 və 10 faiz həcmində rüsum tətbiq olunacaq.

Ross, həmçinin qeyd edib ki, ABŞ polad və alüminium idxalı ilə əlaqədar həmin ölkələrlə danışıqlar aparmaq niyyətindədir: “Biz arzu olunan nəticələrə nail olmaq üçün Kanada, Meksika və Avropa İttifaqı ilə danışıqların davam etməsini gözləyirik. Lakin indi onların bugünkü qərara reaksiyasını görmək istəyirik”.

AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti