Kanada ABŞ-a iqtisadi müharibə elan etdi

Kanada ABŞ-a iqtisadi müharibə elan etdi
  01 İyun 2018    Oxunub:1638
ABŞ-ın ölkəyə idxal edilən polad və alüminiuma 25 və 10 faizlik gömrük rüsumu tətbiq etməsinə cavab olaraq, Kanadanın Naliyyə nazirliyi Amerikadan idxal ediləcək bir sıra məhsullara yüksək tariflər tətbiq edib.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında bəyanat yerləşdirilib.

Sənəddə qeyd edilib ki, iyulun 1-dən etibarən yalnız ABŞ-dan gətirilən mallara yüksək gömrük rüsumları qoyulacaq. Kanadanın Maliyyə Nazirliyi həmin malların 2 siyahısını yayıb. Birinci siyahıya əsasən müxtəlif metallurgiya məhsulları, dəmiryolu tikintisində istifadə olunan məhsullar, turbalar, naqillər və digər mallar daxildir və onlara 25% gömrük rüsumu tətbiq olunacaq. İkinci siyahıda isə müxtəlif qida məhsulları və içkilər yer alıb ki, onlara da 10% tarif tətbiq ediləcək.

Bəyanatda bildirilib ki, ABŞ-a qarşı bu əks-tədbirlər iyulun 1-dən qüvvəyə minəcək və Vaşinqton Kanadaya qarşı ticarət məhdudiyyətlərini ləğv edənədək tətbiq olunacaq.

Qeyd edək ki, ABŞ administrasiyası iyunun 1-dən etibarən Avropa İttifaqı ölkələri, Kanada və Meksikadan idxal edilən polad və alüminium məhsullarına müvafiq olaraq 25 və 10 faizlik gömrük rüsumu tətbiq etməyə başlayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Kanada   ABŞ  





Xəbər lenti