ATƏT-in hazırki sədrindən seçkilərlə bağlı BƏYANAT

ATƏT-in hazırki sədrindən seçkilərlə bağlı BƏYANAT
  11 Oktyabr 2013    Oxunub:1264
ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara 9 oktyabrda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat verib.
AzVision.az Ukrayna Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bəyanatda Azərbaycandakı seçkilər demokratiyaya doğru əhəmiyyətli bir addım kimi qiymətləndirilib. Bəyanatda deyilir:

`Oktyabrın 9-da Azərbaycan xalqı öz prezidentini seçmək üçün seçki məntəqələrinə getdi. Mən Azərbaycanda keçirilən prezident seçkilərinin ATƏT, Avropa Şurası, Avropa İttifaqı, MDB və s. nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyaları, həmçinin ATƏT-ə üzv dövlətlərin milli nümayəndələri tərəfindən izlənilməsini alqışlayıram. ATƏT-in qısamüddətli seçki müşahidə missiyasına ATƏT sədri tərəfindən təyin olunan xüsusi əlaqələndirici Mişel Vuazen rəhbərlik edib”.

Leonid Kojara ATƏT-in, Avropa Şurasının, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların seçkilərlə bağlı ilkin bəyanatları ilə tanış olduğunu bildirib: “Beynəlxalq müşahidəçilərin bəyanatlarında belə qənaətə gəlinib ki, ATƏT və Avropa Şurasının standartlarına uyğun olaraq, Azərbaycanda keçirilmiş prezident seçkilərində bir sıra aspektlərdə demokratik seçkilərin keçirilməsində və başqa sahələrdə tərəqqiyə nail olunub”.

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan xalqını və rəhbərliyini ölkənin demokratik inkişafında mühüm addım olan bu nailiyyət münasibətilə təbrik edib. O, həmçinin Azərbaycanda demokratik institutların daha da möhkəmlənməsi yolunda səylərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Leonid Kojara ATƏT və Azərbaycan arasında ATƏT-in prinsip və öhdəliklərinin reallaşdırılmasına istiqamətlənmiş qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.


Teqlər:  





Xəbər lenti