Putin ilk dəfə Kim Çen Inla görüşəcək

Putin ilk dəfə Kim Çen Inla görüşəcək
  01 İyun 2018    Oxunub:1591
Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen Inın yaxın vaxtlarda görüşü baş tuta bilər. Görüşün detalları və vaxtı diplomatik kanallar vasitəsilə dəqiqləşdiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, bu gün Şimali Koreyanın dövlət informasiya agentliyi bəyan edib ki, diplomatik münasibətlərin qurulmasının 70 illiyi münasibətilə Moskva və Pxenyan ikitərəfli sammit keçirmək barədə razılığa gəlib.

2018-ci ildə keçirilməsi planlaşdırılan sammitdə Vladimir Putin və Kim Çen In da iştirak edəcəklər. Bu barədə razılıq Pxenyana səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrovun Şimali Koreya lideri ilə dünənki görüşündə əldə olunub. Bu, iki ölkə başçısının ilk görüşü olacaq. Bundan əvvəl Vladimir Putin 2000 və 2001-ci illərdə Şimali Koreyanın hazırkı liderinin atası Kim Çen İrlə görüşlər keçirib.

Xatırladaq ki, iyunun 12-də Sinqapurda isə ABŞ-Şimali Koreya sammiti çərçivəsində Donald Trampla Kim Çen Inın görüşü gözlənilir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Koreya   ABŞ   sammit  





Xəbər lenti