Rusiya XİN Qarabağa görə Paşinyanı ittiham edir

Rusiya XİN Qarabağa görə Paşinyanı ittiham edir
  01 İyun 2018    Oxunub:1862
Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair bəyanatları qeyri-konstruktivdir.

AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) İnformasiya və Nəşr Departamentinin direktor müavini Artyom Kojin Trend-in sualını cavablandırarkən deyib.
A.Kojin bildirib: “Bu məsələ ilə bağlı əsasən ATƏT tərəfindən qoyulan müvafiq relslərə uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir”.

Virtualaz.org xatırladır ki, son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi üzrə bir neçə fitnəkar bəyanatı ilə fərqlənib. Məsələn, bəyanatlarından birində o, Qarabağ separatçılarını danışıqlar masası arxasına qaytarmağı tələb edir və Bakını danışıqların davamı üçün "DQR"i tanımağa çağırırdı.

AzVision.az


Teqlər: Rusiya   XİN   Qarabağ   Paşinyan  





Xəbər lenti