660 miqrant Aralıq dənizində boğulub

660 miqrant Aralıq dənizində boğulub
  01 İyun 2018    Oxunub:1624
2018-ci ilin əvvəlindən bu günədək Avropaya 32 mindən çox miqrant gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının rəsmi nümayəndəsi Coel Millman keçirdiyi mətbuat konfransında bildirib.

“2018-ci ilin ilk 150 günü ərzində dəniz yolu ilə Avropa qitəsinə 32 min 80 miqrant və qaçqın gəlib. Onlardan 42%-i İtaliyaya, 34%-i isə Yunanıstana, 24 %-i isə İspaniyaya keçiblər” – deyə vurğulayıb.

Onun sözlərinə görə, 2017-ci ilin eyni zaman kəsiyində Avropaya gələn miqrantların sayı 70 min 870, 2016-cı ildə isə 230 min 230 nəfər olub. Yəni Avropaya miqrant axınında nisbətən azalma müşahidə olunur.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi, həmçinin vurğulayıb ki, 2018-ci il başlayandan Avropaya keçmək istəyərkən 660 miqrant Aralıq dənizində həlak olub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Avropa   miqrant  





Xəbər lenti