Kilsə gürcü etirazçıları sülhə çağırdı
"Kilsə insanları birləşdirir və təbii olaraq, biz hamını sülhə çağırırıq. Biz idarəolunmayan proseslərin inkişafını dəstəkləyə bilmərik. Özü də cavab addımlarının atıldığı bir şəraitdə. Lakin ölkə rəhbərliyi mövcud reallığı nəzərə almalıdır ki, xalq sosial problemlərin həlli məsələsində, həmçinin haqq-ədalətin bərqərar olmasında daha böyük dəstək tələb edir və bu, təkcə Saralidzenin işinə aid deyil" – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Tbilisidə 2 məktəblinin bıçaqlanaraq öldürülməsi məsələsinə görə etiraz aksiyaları davam edir. Aksiya iştirakçıları məhkəmə-hüquq sisteminin yenidən qurulması, baş nazir Georgi Kvirikaşvilinin, korrupsiner prokuror və hakimlərin, məmurların istefasını tələb edirlər. Onlar, həmçinin, Gürcüstanın başqa şəhər və əyalətlərini də aksiya keçirməyə çağırıblar.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


