Türkiyə Avropa ilə viza danışıqlarını bərpa edir

Türkiyə Avropa ilə viza danışıqlarını bərpa edir
  01 İyun 2018    Oxunub:1018
Avropa İttifaqı Komissiyası Türkiyə ilə viza rejiminin liberallaşdırılmasına dair dialoqun bərapa edilməsindən məmnundur.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən “RİA Novosti”yə Ankarada Brüssellə aparılan danışıqların yekununa dair verilən mləumatda bildirilib.

Son 2 gündür Avropa İttifaqı nümayəndələri Ankarada Türkiyə XİN və Avropa İtiifaqı məsələləri üzrə nazirliyin rəsmiləri ilə danışıqlar aparırlar. Görüşlərdə bu ilin fevralında viza rejiminin sadələşdirilməsi ilə bağlı Türkiyənin təqdim etdiyi təklifin texniki məsələləri müzakirə olunub. Bildirilib ki, Avrokomissiya Ankaranın məsələ ilə bağlı hazırladığı işçi planı digər kriteriyaların da yerinə yetirilməsi istiqamətində pozitiv addım kimi dəyərləndirib.

Xatırladaq ki, 2018-ci ilin fevralında rəsmi Ankara Türkiyə vətəndaşları üçün viza rejiminin liberallaşdırılmasına dair Brüsselə təklif göndərib. Türkiyə tərəfi bəyan edib ki, onlar Avropa İtifaqının müxtəlif məsələlər üzrə irəli sürdüyü 72 tələbin hamısını yerinə yetirib. Brüssel isə hesab edir ki, Ankara yalnız 65 şərtə əməl edib. Viza rejiminin sadələşdirilməsi üçün Avropa İttifaqının Türkiyə qarşısında qoyulan ən sərt tələb terrorla mübarizəyə dair qanunvericiliyinin dəyişdirilməsidir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Avropaİttifaqı  





Xəbər lenti