Keçmiş baş nazir məhkəməyə verildi

Keçmiş baş nazir məhkəməyə verildi
  01 İyun 2018    Oxunub:1628
Kataloniya rəhbəri Kim Torra İspaniyanın istefa verən baş naziri Mariano Raxoy və müavini Sorayyo Santamariyaya qarşı İspaniya Ali Məhkəməsinə iddia ərizəsi verib.
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumatına görə, Torra iddia edir ki, Raxoy və Santamariya öz vəzifə səlahiyyətlərini aşaraq Kataloniyanın yeni yerli hökumətinə təyinatlarla bağlı onun fərmanının rəsmən dərc olunmasından imtina ediblər. Belə ki, bu, Kataloniya hökumətinin formalaşmasının təsdiqi üçün vacib addım sayılır.

Qeyd edək ki, 19 mayda Kim Torra Kataloniya yerli hökumətinin yeni tərkibini elan edib. Onların içində isə Kataloniyanın müstəqilliyinə dair qanunsuz referendum keçirilməsində iştirak etdiklərinə görə cinayət işi açılan 4 siyiasətçi də var. Onlardan ikisi İspaniya hökumətindən qaçaraq Belçikada gizlənib. Digər ikisi isə həbsdədir. Mariano Raxoyun hökuməti bildirmişdi ki, həmin şəxslərin Kataloniya hökumətinə təyinatı təxribatdır və bu səbəbdən Torranın fərmanını dərc etməyiblər.

Nəticədə Torra həmin 4 nəfərin əvəzinə 29 mayda yenilərini təyin edib və fərman bu gün rəsmi jurnalda dərc edilib. Bununla da Kataloniya hökuməti sabah rəsmən fəaliyyətə başlayacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İspaniya  





Xəbər lenti