Qəzzada qarşıdurma: 100-ə yaxın yaralı var

Qəzzada qarşıdurma: 100-ə yaxın yaralı var
  02 İyun 2018    Oxunub:1505
Qəzza zolağında “Böyük Qayıdış" yürüşünə qatılan fələstinlilərlə İsrail hərbçiləri arasında qarşıdurma olub.
AzVision.az TASS-a istinadən xəbər verir ki, toqquşmalarda bir fələstinli ölüb, 100-ə yaxın insan yaralanıb. Həlak olan fələstinlinin 21 yaşlı qız olduğu bildirilib.

Fələstinin Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, etiraz aksiyalarında iştirak edən fələstinlilər müxtəlif dərəcəli xəsarətlər alıb, həmçinin gözyaşardıcı qazdan zəhərləniblər.

Qeyd edilib ki, martın 30-dan etibarən Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 115 fələstinli ölüb, 13 mindən çox insan müxtəlif dərəcəli xəsarət alıb.

AzVision.az


Teqlər: Qəzza   Fələstin   İsrail  





Xəbər lenti