Trampa yeni köməkçi təyin edildi

Trampa yeni köməkçi təyin edildi
  02 İyun 2018    Oxunub:1834
ABŞ Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Duqlas Fiers prezident Donald Trampın daxili təhlükəsizlik və əks-terrorizm məsələləri üzrə köməkçisi təyin edilib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı rəsmi bəyanatda bildirilib.

Qeyd edilib ki, Duqlas Fiers 30 ildən çoxdur terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik və təbii fəlakətlərin fəsadlarının qarşısının alınması sahələrində iş təcrübəsinə malikdir. O, aprel ayında istefa vermiş Tom Bosserti əvəz edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Tramp  



Xəbər lenti