Pentaqondan Şimali Koreyaya ultimatum

Pentaqondan Şimali Koreyaya ultimatum
  02 İyun 2018    Oxunub:1099
İyunun 12-si Sinqapurda keçirilməsi nəzərdə tutulan ABŞ-Şimali Koreya sammitində Vaşinqton Cənubi Koreyada amerikalı hərbçilərin iştirakının ixtisara salınması məsələsini müzakirə etməyəcək və etməyə də hazırlaşmır.
AzVision.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Ceym Mettis Sinqapurdakı çıxışında bəyan edib.

“Amerikalı hərbçilərin Cənubi Koreyada iştirakilə bağlı istənilən müzakirə - bu, sadəcə Koreya Respublikası tərəfindən edilən dəvət məsələsidir. Bu müzakirələr Şimali Koreya ilə danışıqların tərkib hissəsi deyil və tamamilə ayrı mövzudur. Bu məsələ Şimali Koreya ilə müzakirə obyekti olmayacaq” – deyə Mettis bildirib.

O, həmçinin əlavə edib ki, əgər diplomatlar Şimali Koreya tərəfindən gələn risklər məsələsini nizamlaya bilsələr, onda Cənubi Koreyada amerikalı hərbçilərin iştirakının ixtisara salınması mövzusu yalnız iki demokratik dövlət – ABŞ və Cənubi Koreya danışıqlarının yeni gündəliyi ola bilər. Lakin hazırda danışıqlar masası üzərində bu məsələ yoxdur.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: ABŞ   Koreya  





Xəbər lenti