Avropa Məhkəməsi Ermənistanı cəzalandırdı - Şikayətçi ABŞ vətəndaşıdır

Avropa Məhkəməsi Ermənistanı cəzalandırdı - Şikayətçi ABŞ vətəndaşıdır
  02 İyun 2018    Oxunub:1337
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarına əsasən, Ermənistanın Ədliyyə Nazirliyi “Aqanikyan Ermənistana qarşı” işi üzrə 865 avro kompensasiya ödəyəcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, şikayətçi 1953-cü il təvəllüdlü Hrayr Aqanikyan ABŞ vətəndaşıdır və hazırda İrəvanda həbsdədir. 2004-cü ilin dekabr ayında fırıldaqçılıq və qəsb etmə ittihamı ilə ona qarşı cinayət işi açılıb. 2 aprel 2012-ci ildə Aqanikyan məhkəmə prosesinin uzun sürməsi ilə balı Avropa Məhkəməsinə şikayət ünvanlayıb.

O, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin, ədalətli məhkəmə araşdırması və məhkəmənin əlçatan olması hüququnun pozulduğundan şikayət edib.

AİHM Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndini pozduğuna görə, Ermənistan hökümətinin şikayətçiyə kompensasiya ödəməsinə dair hökm verib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Kompensasiya  





Xəbər lenti