İkinci dəfə prezident seçilən Sisi and içdi

İkinci dəfə prezident seçilən Sisi and içdi
  02 İyun 2018    Oxunub:1366
Əbdül Fəttah əs-Sisi Misiri növbəti 4 ildə idarə etmək üçün rəsmən prezident vəzifəsinin icrasına başlayıb.
AzVision.az "RİA Novosti"yə istinadən bildiri ki, Fəttah əs-Sisinin inaqurasiya mərasimi Qahirədə Misir parlamentinin nümayəndələr palatasının binasında keçirilib.

Parlamentdə onu nümayəndələr palatasının spikeri Əli Abdul Əl və fəxri qarovul qarşılayıb. Sonra spiker martda keçirilən prezident seçkilərinin nəticələri barədə Milli Seçki Komisisyasının qətnaməsini səsləndirib. Bundan sonra əs-Sisi andiçmə mətnini oxuyub.

Qeyd edək ki, Əbdül Fəttah əs-Sisi Misirin sabiq prezidenti Məhəmməd Mursiyə qarşı hərbi çevrilişdən bir il sonra – 2014-cü ildən ölkənin prezidentidir. Bu vəzifəyə gəlməzdən öncə isə əs-Sisi Misirin müdafiə naziri olub.

Bu ilin martında keçirilən prezident seçkilərində Əbdül Fəttah əs-Sisi 22 milyon - 97 faiz səs toplayaraq qalib gəlib və ikinci dəfə Misirin prezidenti seçilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Misir  





Xəbər lenti