İvanişvili Prezidenti təbrik etdi

İvanişvili Prezidenti təbrik etdi
  11 Oktyabr 2013    Oxunub:1198
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
AzVision.az xəbər verir ki, Bidzina İvanişvili prezident seçkilərində əldə etdiyi böyük qələbə münasibətilə dövlətimizin başçısını təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstanın Baş nazirinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə ediblər.


Teqlər:





Xəbər lenti