Türkiyənin iki əsgəri şəhid olub

Türkiyənin iki əsgəri şəhid olub
  03 İyun 2018    Oxunub:1148
İraqın şimalında yol tikintisi zamanı PKK terrorçuları tərəfindən Türkiyənin hərbi maşınına minaatanlarla hücum edilib.
AzVision.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, hücum nəticəsində 2 əsgər şəhid olub, biri isə ağır yaralanıb.

Qeyd edək ki, uğurlu əməliyyatlar nəticəsində Türkiyə ordusu İraqın şimalında ölkənin daxilinə doğru 26 kilometr irəliləyib.

AzVision.az


Teqlər: Türkiyə   İraq  





Xəbər lenti