Magistraturaya qəbul imtahanının II mərhələsi keçirilir

Magistraturaya qəbul imtahanının II mərhələsi keçirilir
  03 İyun 2018    Oxunub:2033
Bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 25 imtahan binasında aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlayacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunacaq (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı, bəziləri üzrə qabiliyyət imtahanı verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2018-ci il mayın 7-dən 17-dək aparılıb və 8183 nəfər qəbul proqramını seçərək təsdiqləyib.

İmtahanın idarə olunmasına 81 imtahan rəhbəri, 786 nəzarətçi-müəllim ayrılıb.

AzVision.az


Teqlər: DİM   İmtahan   Magistratura  





Xəbər lenti