Sloveniyada parlament seçkiləri keçirilir

Sloveniyada parlament seçkiləri keçirilir
  03 İyun 2018    Oxunub:1021
Sloveniyada növbədənkənar parlament seçkiləri keçirilir.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, mandat uğrunda 18 partiya mübarizə aparır. Seçkilərdə sağçı düşərgənin qalib gəlmə şansları yüksək qiymətləndirilir.

Hazırkı hökumətə rəhbərlik edən baş nazir Miro Tserarın sədri olduğu mərkəz-solçu Müasir Mərkəz Partiyasının uğur qazanma ehtimalı aşağıdır.

Yerli vaxtla saat 19.00-dək açıq olan seçki məntəqələrində ölkənin səsvermə hüququna malik 1,7 milyon seçicisinin təxminən yarısının iştirakı gözlənilir.

AzVision.az


Teqlər: Sloveniya   Seçki   Parlament  





Xəbər lenti