Putinə görə hava məkanı bağlanacaq

Putinə görə hava məkanı bağlanacaq
  04 İyun 2018    Oxunub:1660
Avstriya hökuməti Rusiya prezidenti Vladimir Putinin bu ölkəyə iyunun 5-nə planlaşdırılmış səfəri ilə əlaqədar Vyanada hava məkanını bağlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Avstriyanın Müdafiə Nazirliyinin rəsmisi Mixael Bauer "Twitter" hesabında bildirib.

Onun sözlərinə görə, səfər zamanı hava və yerdə təhlükəsizliyi təmin etmək üçün 10 təyyarə, 7 helikopter, kəşfiyyat radarı və 800 əsgər cəlb ediləcək.

AzVision.az


Teqlər: Avstriya   Putin  





Xəbər lenti