Miqrantların olduğu gəmi batıb, 37 nəfər ölüb

Miqrantların olduğu gəmi batıb, 37 nəfər ölüb
  04 İyun 2018    Oxunub:1277
Aralıq dənizində, Tunis sahilindən 16 mil uzaqda içərisində miqrantların olduğu gəmi batıb.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tunis Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə xilasedicilər göndərilib. 37 miqrantın cəsədi sudan çıxarılıb, 68 miqrant isə xilas edilib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

AzVision.az


Teqlər: Miqrant  



Xəbər lenti