48 miqrant faciəvi şəkildə öldü

48 miqrant faciəvi şəkildə öldü
  04 İyun 2018    Oxunub:1247
Liviyanın Homs şəhərindən şimalda, Aralıq dənizində qayıqda olan 158 miqrant xilas edilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, miqrantlar Qərbi Afrika, Banqladeş, Sudan və Mərakeşdən olublar. Miqrantların əksəriyyəti Liviyada zorakılığa, təhqirlərə və əsassız həbslərə məruz qaldıqlarını bildirib.

Lakin Aralıq dənizinin Tunisin şimal-şərqində yerləşən Sfaks əyaləti sahillərində qayığın batması nəticəsində 48 miqrant boğularaq ölüb. Bildirilir ki, 67 nəfərin həyatını xilas etmək mümkün olub. Onların 60 nəfəri tunislidir.

AzVision.az


Teqlər: Miqrant  



Xəbər lenti