Vulkan 25 nəfərin həyatına son qoydu

Vulkan 25 nəfərin həyatına son qoydu
  04 İyun 2018    Oxunub:1449
Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qvatemalanın təbii fəlakətlərin fəsadlarının azaldılması üzrə milli xidmətinin nümayəndəsi məlumat verib.

Bundan əvvəl ölənlərin sayının 7, yaralıların isə 30 nəfər olduğu bildirilirdi. RBC Noticias telekanalının məlumatına görə, 653 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Fueqo vulkanının bu dəfə püskürməsi son illərin ən güclü püskürməsi hesab edilir. Püskürmə zamanı vulkan lavası və külünün 10 kilometrədək qalxdığı, külün külək istiqamətində saatda 40 kilometr sürətlə yayıldığı bildirilir.

Qvatemala hökuməti bir neçə yaşayış məntəqələrində ən yüksək həyəcan səviyyəsi elan ediblər. Fueqo vulkanı püskürməsinə görə paytaxtdakı Aurora beynəlxalq hava limanının fəaliyyəti də dayandırılıb. Təbii fəlakət ölkənin 16,6 milyonluq əhalisindən 1,7 milyonuna təsir edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qvatemala  





Xəbər lenti