ABŞ Cənubi Koreya ilə birgə təlimləri dayandırmayacaq

ABŞ Cənubi Koreya ilə birgə təlimləri dayandırmayacaq
  04 İyun 2018    Oxunub:1594
ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri əvvəlki miqyasda davam etdirəcək. Lakin nüvə proqramından imtinası yolunda Şimali Koreyada daha çox qıcıq yaratmamaq üçün təlimlər haqqında məlumatların əldə edilməsi maksimum məhdudlaşdırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Li Çin U bildirib.

“İllik plana uyğun olaraq, birgə hərbi təlimlər normal rejimdə davam etdiriləcək. Bununla belə, təlimlərin tərkibi barədə məlumat əldə edilməsi və açıq informasiya maksimal dərəcədə məhdudlaşdırılacaq.” – deyə Çin U bildirib.

O, həmçinin vurğulayıb ki, Şimali Koreyada ən çox həyəcan doğuran “Ulchi Freedom Guardian” təlimləri də bu il ləğv edilməyəcək: “Bu cür məsələlər müzakirəyə qoyulmur”.

Qeyd edək ki, ötən ay Cənubi Koreya ABŞ-la “Max Thunder” birgə hərbi təlimlərini keçirdiyinə görə, Pxenyan Koreyalararası nazirlərin görüşünü ləğv etmiş, Sinqapur sammitində iştirakdan imtina edə biləcəyini demişdi. Pxenyan hesab edir ki, bununla Seul apreldəki Pxanmuncom Koreyalararası sammitində qarşılıqlı gərginlik yaradacaq hərəkətlərdən çəkinməklə bağlı əldə olunan razılığı pozub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   ABŞ  





Xəbər lenti