Kim Çen Inın qiyam qorxusu: Ordu rəhbərliyi istefaya göndərildi

Kim Çen Inın qiyam qorxusu: Ordu rəhbərliyi istefaya göndərildi
  04 İyun 2018    Oxunub:1680
Rəsmi Pxenyan ABŞ-la 12 iyunda keçiriləcək Sinqapur sammiti ərəfəsində ölkənin yüksək vəzifəli hərbçilərini istefaya göndərib.
AzVision.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Şimali Koreyanın Xalq Silahlı Qüvvələri naziri Pak Yon Şik, Şimali Koreya Xalq ordusunun baş qərargah rəisi Li Myon Su və Şimali Koreya Xalq Ordusunun siyasi baş idarəsinin rəhbəri Kim Çon Hak postlarını tərk ediblər. Onların son zamanlar Şimali Koreya ətrafında dəyişən şəraitlə uyğunlaşmadıqlarına görə vəzifədən getdikləri ehtimal olunur.

Güman edilir ki, ölkədə hərbi rəhbərlik Şimali Koreya Əmək partiyasının mərkəzi hərbi komissiyasının 17 maydakı iclasında dəyişdirilib və yeni təyinatlar verilib.

Xatırladaq ki, bundan əvvəl məlumat yayılmışdı ki, Şimali Koreya lideri Kim Çen In əgər ABŞ prezidenti Donald Trampla iyunun 12-də Sinqapurdakı görüşə getsə, ona qarşı hərbi və ya dövlət çevrilişi ola biləcəyindən ehtiyatlanır.

ABŞ dövlət katibi Mayk Pompeo isə Fox News telekanalında bildirmişdi ki, ABŞ Şimali Koreyadakı rejimi devirmək niyyətinin olmadığı barədə zəmanət verəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   ABŞ  





Xəbər lenti