Suriyada hərbi baza yaxınlığında partlayış

Suriyada hərbi baza yaxınlığında partlayış
  04 İyun 2018    Oxunub:1411
Suriyanın Rakka əyalətinin şimalında yerləşən ABŞ-Fransa hərbi bazasının yaxınlığında güclü partlayış baş verib.
AzVision.az "ТАSS"-a istinadən xəbər verir ki, Qərb koalisiyasının hərbi bazası Ayn-İsa yaşayış məntəqəsinə yaxın yerləşir və orada 200 amerikalı, 75 fransalı əsgər var.

Partlayış Ayn-İsadan Qərb koalisiyasının hərbi bazasına gedən yolda hərbi maşında bombanın partlaması nəticəsində baş verib. Nəticədə milliyyəti bəlli olmayan 1 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Qeyd edək ki, mayın 1-dən etibarən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriya və İraq sərhədində İŞİD-ə qarşı "Sürək ovu" (Roundup) adlı hərbi əməliyyatların ikinci mərhələsinə başlayıb. Birinci mərhələ Suriyanın Deyr-əz-Zor əyalətinin Əl-Baquza-Fokani yaşayış məntəqəsinin terrorçulardan azad edilməsi ilə başa çatmışdı.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   ABŞ   koalisiya   Rakka  





Xəbər lenti