İrəvanda sürücülər etiraz aksiyası keçirir

İrəvanda sürücülər etiraz aksiyası keçirir
  04 İyun 2018    Oxunub:1185
İrəvanda sürücülər hökümət binasının qarşısında etiraz aksiyalarına başlayıblar.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dövlətlərarası sərnişin daşıma həyata keçirən sürücülər problemin həlli üçün baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.

Onlar hesab edirlər ki, problem yalnız dövlətlərarası razılaşma əsasında həll oluna bilər.

Xatırladaq ki, 1 iyun tarixindən etibarən dövlətlərarası daşıma üçün lisenziyanın olmaması səbəbindən sərnişin daşıma ilə məşğul olan özəl sektorun sürücülərinə Rusiya sərhədinə keçməyə icazə verilmir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: İrəvan   Etiraz  



Xəbər lenti