Bir gündə iki terror: 14 ölü, 20 yaralı

Bir gündə iki terror: 14 ölü, 20 yaralı
  04 İyun 2018    Oxunub:1106
Əfqanıstanın paytaxtı Kabildə bir gündə iki terror aktı törədilib.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, birinci partlayış Kabildəki Politexnik Universitetinin binası yaxınlığında ilahiyyatçıların toplaşdığı ərazidə baş verib. Terrorçu-kamikadze partlayıcı qurğunu işə salıb. Nəticədə 14 nəfər ölüb, 17 nəfər yaralanıb.

İkinci terror aktı isə şəhərin mərkəzində qeydə alınıb. Nəticədə 3 nəfər ağır yaralanıb. Hələ ki, heç bir terror təşkilatı partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Əfqanıstan   terror  





Xəbər lenti