Türkiyə və ABŞ Menbiçlə bağlı razılığa gəldi

Türkiyə və ABŞ Menbiçlə bağlı razılığa gəldi
  05 İyun 2018    Oxunub:1732
Vaşinqtonda Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında keçirilən görüşdə YPG/PKK terror təşkilatının Suriyanın Menbiç şəhərindən çəkilməsi barədə razılaşma əldə olunub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, iki nazir Menbiçdə təhlükəsizlik və sabitliyi təmin edəcək yol xəritəsini təsdiqləyib.

Görüşdən sonra Çavuşoğlu “Twitter” səhifəsində yazıb ki, müzakirələr bir saata yaxın davam edib: “Dövlət katibi Maykl Pompeo ilə görüşdə ikitərəfli əlaqələri, Menbiçlə bağlı "Yol xəritəsi" də daxil olmaqla Suriyadakı vəziyyəti və digər regional məsələləri müzakirə etdik”.

AzVision.az


Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti