Vulkan püskürməsi nəticəsində 33 nəfər ölüb

Vulkan püskürməsi nəticəsində 33 nəfər ölüb
  05 İyun 2018    Oxunub:1470
Qvatemalada vulkan püskürməsi nəticəsində 33 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Qvatemala Təbii Fəlakət Nəticələrinin Aradan qaldırılması üzrə Milli Xidməti məlumat yayıb.

Qvatemala hökuməti təxminən 2 milyona yaxın insanın hadisədən zərər gördüyünü açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl ölənlərin sayının 56 nəfərə çatması barədə xəbər verilmişdi.

Fueqo vulkanının bu dəfə püskürməsi son illərin ən güclü püskürməsi hesab edilir. Püskürmə zamanı vulkan lavası və külünün 10 kilometrədək qalxdığı, külün külək istiqamətində saatda 40 kilometr sürətlə yayıldığı bildirilir.

AzVision.az



Teqlər: Vulkan  





Xəbər lenti