Milyon dollarlıq gözəllik - FOTOLAR

Milyon dollarlıq gözəllik  - FOTOLAR
  05 Mart 2013    Oxunub:1415
Oskar mükafatının 85-ci təqdimat mərasimində “Skyfall” mahnısı ilə “ən yaxşı original film musiqisi” nominasiyasında Oskar qazanan ingiltərəli müğənni Adele bu mərasimə hazırlamaq üçün xeyli pul xərcləyib.
Qırmızı xalı və səhnədə fərqli qiyafələr geyinən məşhur müğənni, gecə üçün xəsislik etməyib. Adele bu gözəl görüntü üçün nə az, nə çox 950 min dollar xərcləyib:

Adele Oskar mərasiminə “Jenny Packham” markalı, əl işləri ilə bəzədilmiş qara paltarda qatılıb.Bu paltarın yalnız parçası 5300 dollar dəyərində olub. Soul kraliçası “Skyfall” mahnısını üzərində 6500 dollar dəyərində kristal qaşlar olan “Burberry” markalı paltarda səsləndirib.

Adelin “Louboutin”dən olan qaşlı ayaqqabıları 6600 dollar olduğu halda, britaniyalı müğənni dırnaqlarının səliqəli və gözəl görünməsi üçün 4500 dollar xərcləyib.

Kosmetika seçimində “Giorgio Armani”yə üstünlük verən müğənni, saçlarının rənglənməsi və daranması müqabilində Lucy Hollbrooka 860 dollar ödəyib.

Qalereya




Teqlər:  





Xəbər lenti