Vulkandan ölənlərin sayı 69-a çatdı

Vulkandan ölənlərin sayı 69-a çatdı
  05 İyun 2018    Oxunub:905
Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən 17-sinin kimliyi müəyyən edilib. Məlumata görə, vulkan püskürməsi nəticəsində 46 nəfər yaralanıb, 3,26 min insan isə təxliyə edilib. Ən çox ölüm faktı Eskuintla departamentində qeydə alınıb.

Qeyd edək ki, Fueqo vulkanının püskürməsi zamanı vulkan lavası və külünün 10 kilometrədək qalxdığı, külün külək istiqamətində saatda 40 kilometr sürətlə yayıldığı bildirilir.

AzVision.az


Teqlər: Qvatemala   Vulkan  





Xəbər lenti