BMT sülhməramlılarına hücum edilib - Ölən və yaralılar var

BMT sülhməramlılarına hücum edilib - Ölən və yaralılar var
  05 İyun 2018    Oxunub:902
Mərkəzi Afrika Respublikasında asayişi qoruyan BMT sülhməramlı missiyasının patruluna silahlı hücum olub. Nəticədə 1 sülhməramlı ölüb, 7-si yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat xidmətinin rəhbəri Stefan Dyujarrika bəyanat yayıb.

“Baş katib 3 iyunda silahlı adamların BMT sülhməramlı missiyasının patruluna qarşı hücumunu qəti şəkildə qınayır. Hücum nəticəsində Tanzaniyadan olan sülhməramlı ölüb, 7 nəfər isə yaralanıb.” – deyə bəyanatda bildirilib.

Qeyd olunub ki, bununla da 2018-ci il başlayandan Mərkəzi Afrika Respublikasında həlak olan BMT sülhməramlılarının sayı artaraq 4-ə çatıb.

“BMT baş katibi Mərkəzi Afrika Respublikası hakimiyyətini hücum edənləri məsuliyyətə cəlb etmək üçün istintaq aparmağa çağırır” – deyə məlumatda bildirilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: BMT   Sülhməramlı   Afrika  





Xəbər lenti