Gənc alimlər üçün təqaüd proqramı elan olundu

Gənc alimlər üçün təqaüd proqramı elan olundu
  11 Oktyabr 2013    Oxunub:942
Berlin Nümayəndələr evi gənc alimlər üçün təqaüd proqramı elan edir.
AzVision.az-a daxil olan məlumatda bildilir ki, Berlin Nümayəndələr evi gənc alimləri təqaüd proqramında iştirak etməyə dəvət edir. Proqramda ABŞ, Böyük Britaniya, Fransa və keçmiş Sovetlər Birliyinə daxil olan ölkələrdən gənc tədqiqatçılar iştirak edə bilər. Tədqiqatlar Berlin, Almaniya və ya alman-beynəlxalq məsələlər mövzularında olan layihələr üzrə aparılacaq.

Tədqiqat proqramında iştirak edən şəxslərin yaş həddi 35 yaş, bakalavr pilləsini bitirmiş tələbələr üçün isə 25 yaş təşkil edir. Müraciət edənlərin alman dilini bilməsi zəruridir. İştirak üçün aşağıdakı sənədlər tələb olunur:

1) ərizə forması
2) CV
3) Tədqiqat mövzusu və ya 1 illik tədqiqat planı ilə birlikdə tədqiqat layihəsi
4) Müraciət edən şəxsin Berlin Universiteti və ya tədqiqat institutunun müəllim və ya professorlarından aldığı, Berlində qalacağı müddətdə ona rəhbərlik edəcəklərinə dair məktub
5) ərizəçinin elmi fəaliyyəti haqqında iki tövsiyə məktubu
6) universitet diplomu və qiymət vərəqinin sürəti
7) alman dili biliklərini təsdiq edən sənəd

Ərizələrin son qəbul tarixi 15 dekabr 2013-cü il tarixinədəkdir.

Ətraflı məlumat üçün parlament-berlin.de saytına daxil ola bilərsiniz.


Teqlər:  





Xəbər lenti