Müəllimlərə daha bir şans veriləcək

Müəllimlərə daha bir şans veriləcək
  05 İyun 2018    Oxunub:1888
Yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər 2018-2019-cü tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, iş yerini dəyişmək istəyən namizədlərin elektron ərizələrində yer dəyişdirmək üçün istədikləri 4 vakant yer seçimi etmək hüququ var.

Vakansiya seçimi edib elektron ərizəni təsdiq etdikdən sonra namizədə elektron ərizəni dəyişmək hüququ verilmir.

İş yerini dəyişmək hüququ qazanmış namizəd müəyyən olunmuş müddət ərzində qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmək üçün müddət hər bir namizədin şəxsi səhifəsinə yerləşdiriləcək. Həmin müddət ərzində qeydiyyatdan keçməyən namizədin nəticəsi ləğv olunacaq və həmin namizəd əvvəlki iş yerində fəaliyyətini davam etdirə bilər.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Müəllim  





Xəbər lenti