Baş nazir parlamentdə döşəməni sildi - VİDEO

Baş nazir parlamentdə döşəməni sildi - VİDEO
  05 İyun 2018    Oxunub:1183
Niderlandın baş naziri Mark Rütte parlamentdən çıxarkən kağız fincandakı kofesi yerə tökülüb. Lakin gözlənildiyi kimi, kofe ilə çirklənən döşəməni xadimələr yox, baş nazirin özü təmizləyib.
Mark Rütte xadimələrdən ona "şvabra" verməyi xahiş edib və daha sonra tökülən kofeni özü silməyə başlayıb. Ətrafdakılar siyasətçinin bu davranışını alqışla qarşılayıb.

Bütün bu proses NOS telekanalının kamerasına çəkilib. Telekanalın müxbiri İren Ostveyn bildirib ki, Rütte kameranın işlədiyindən xəbərdar idi, lakin buna baxmayaraq, yeri özü sildi və bununla hətta qürur duyur.



Lakin baş nazirin sosial şəbəkədə yayılan görüntüləri birmənalı qarşılanmadı. Bəziləri, o cümlədən britaniyalı istifadəçilərdən biri yazıb ki, belə bir davranışın öz ölkələrinin parlamentində də sərgilənə biləcəyini heç təsəvvür edə bilmirlər. Onlara görə, heç də bütün siyasətçilər Mark Rütte kimi davrana bilməzdi. Türkiyəli jurnalistlərdən biri isə Rüttenin özünü reklam etdiyini istisna etməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Hollandiya  





Xəbər lenti