Ərəbistanda ilk dəfə qadınlara sürücülük vəsiqəsi verilib

Ərəbistanda ilk dəfə qadınlara sürücülük vəsiqəsi verilib
  05 İyun 2018    Oxunub:2346
Səudiyyə Ərəbistanı tarixində qadınlara ilk dəfə sürücülük vəsiqələri verilib.
AzVision.az xəbər verir ki, bu barədə "Arabian Busniess" nəşri məlumat verib. Dəqiq sayları göstərilməsə də, bildirilir ki, artıq Səudiyyə krallığında qadınların ilk qrupu sürücülük vəsiqələrini əldə ediblər.

Belə ki, Səudiyyə Ərəbistanının Baş Nəqliyyat İdarəsi onların beynəlxalq sürücülük vəsiqələrini yerli vəsiqələrlə əvəz edib. Lakin yalnız paraktiki imtahandan keçdikdən sonra qadınlar sürücülük vəsiqələrini dəyişə bilərlər. Məsələ ilə bağlı digər detallar açıqlanmır.

Qeyd edək ki, ötən ilin sentyabrında Səudiyyə Ərəbistanı karalı Salman ibn Əbdüləziz əl Səud ölkədə ilk dəfə qadınlara da avtomobil sürmək hüququ verən fərman imzalayıb. Qadınların maşın sürməsinə qoyulan ümumi qadağa isə rəsmən 24 iyundan aradan qaldırılacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: SəudiyyəƏrəbistanı  





Xəbər lenti