Netanyahudan İrana cavab: İcazə verməyəcəyik!

Netanyahudan İrana cavab: İcazə verməyəcəyik!
  05 İyun 2018    Oxunub:1565
İsrailin baş naziri Benyamin Netanyahu İranın ali dini lideri Ayətulla Əli Xameneyinin uranın zənginləşdirilməsilə bağlı əmrinə cavab münasibət bildirib.
AzVision.az xəbər verir ki, Netanyahu "Tvitter"dəki hesabında bəyan edib ki, İsrail rəsmi Tehranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.

“Srağagün Xameneyi bəyan edib ki, israil dövlətini məhv etmək niyyətindədir. Dünənsə bunu necə edəcəyini açıqlayıb – nüvə bombaları arsenalı hazırlamaq üçün uranın məhdudiyyətsiz zənginləşdirilməsi vasitəsilə. Biz buna təəccüblənmirik. İranın nüvə silahına malik olmasına icazə verməyəcəyik.” – deyə Netanyahu vurğulayıb.

Qeyd edək ki, İranın ali dini lideri Ayətulla Əli Xameneyi bəyan edib ki, İran eyni vaxtda həm sanksiyalar, həm də nüvə nəzarəti altında qala bilməz. Bu səbəbdən o, nüvə proqramı üzrə Hərtərəfli müştərək fəaliyyət planında qaldıqları müddətdə İranın Atom Enerjisi Təşkilatına uranın 190 min SWU səviyyəsində zənginləşdirilməsilə bağlı tapşırıq verib.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər:





Xəbər lenti