Qırğızıstanın keçmiş baş naziri saxlanılıb

Qırğızıstanın keçmiş baş naziri saxlanılıb
  06 İyun 2018    Oxunub:1431
Qırğızıstanın sabiq baş naziri Sapar İsakov saxlanılıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, İsakov korrupsiyada ittiham olunur. Məlumatı Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi təsdiqləyib.

Bildirilib ki, keçmiş baş nazir Bişkekin İstilik Elektrik Mərkəzinin müasirləşdirilməsi zamanı baş vermiş korrupsiya ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılıb, barəsində yaşadığı ərazini tərk etməmək barədə iltizam tədbiri görülüb.

AzVision.az



Teqlər: Qırğızıstan  



Xəbər lenti