Prezidentə ABŞ-dən təbriklər

  11 Oktyabr 2013    Oxunub : 478
Prezidentə ABŞ-dən təbriklər
ABŞ konqresmenləri, senatorları və yüksək vəzifəli şəxsləri Prezident İlham Əliyevi təbrik ediblər.
ABŞ konqresmenləri, senatorları, ayrı-ayrı ştatların qubernatorları, yüksək vəzifəli şəxsləri oktyabrın 9-da keçirilmiş prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevi inamlı qələbəsi münasibətilə təbrik ediblər.

Nümayəndələr Palatasının üzvü Ted Poe Azərbaycan ilə ABŞ arasında güclü tərəfdaşlığın mövcud olduğunu vurğulayaraq yazır: "Cənab Prezident, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm. Mən Sizi və xalqınızı ABŞ-la birgə Əfqanıstan və İraqda həyata keçirilən sülhməramlı əməliyyatlar münasibətilə də təbrik etmək istəyirəm. Azərbaycan ilə ABŞ-ı bir çox sıx əlaqələr birləşdirir.

Azərbaycanın enerji ehtiyatlarının Avropaya və dünyaya çıxarılması mühüm addımdır. Ölkənizin enerji layihələrində oynadığı rol məni çox sevindirir. Siz Azərbaycanın enerji sənayesində dünyadakı mühüm rolunu günüdən-günə genişləndirirsiniz.

Mən Sizin Azərbaycan xalqının rifahı üçün etdiklərinizi yüksək qiymətləndirirəm. Azərbaycanda bu gün azadlıq hökm sürür.

Sizin prezidentliyinizin növbəti dövründə Azərbaycanın ABŞ-ın sadiq dostu olaraq qalacağına inanıram. Sizi bir daha təbrik edirəm!"

ABŞ-ın Texas Ştatından olan nümayəndələr palatasının üzvü Pete Olso Azərbaycan Prezidenti İlham Əliyevə təbrikində yazır: "Seçkilər səs verənlərin azad seçimidir və demokratik prosesin mühüm hissəsini təşkil edir. Cənab Prezident, mən Sizi və Azərbaycan xalqını uğurlu qələbəniz münasibətilə təbrik edirəm. Azərbaycan ilə ABŞ arasında sıx tərəfdaşlıq mövcuddur. Bu əlaqələr qarşılıqlı maraqlara əsaslanır. Bizim xalqlarımız terrorizmə qarşı mübarizədə birgə çalışır. TAP boru kəməri kimi layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. ABŞAvropa İttifaqı Azərbaycanın enerji sahəsində qazandığı uğurları yüksək qiymətləndirir. Azərbaycandakı tolerantlıq milli azlıqlara hörmət və gender bərabərliyi demokratiyanın fundamental əsaslarını təşkil edir.

Cənab Prezident, Sizi və Azərbaycan xalqını uğurlu qələbəniz münasibətilə bir daha təbrik edirəm".

Nyu-York Assambleyasının üzvü Aleks Brukrestliy: "Mən Sizə ölkəm ABŞ ilə qurduğunuz etibarlı və möhtəşəm əməkdaşlığa görə dərin minnətdarlığımı bildirirəm. Sizin böyük ideyalarınız vardır. Biz "Eurovision-2012" mahnı müsabiqəsi keçiriləndə Azərbaycanda olduq. "Eurovision" müsabiqəsi ölkənizin inanılmaz uğuru idi.
Sizinlə Nyu-Yorkda görüşərkən söhbət etmək çox xoş oldu. Sizi və Azərbaycan xalqını seçkilərdəki yüksək uğurunuz münasibətilə təbrik edirəm. Sizə Azərbaycanı özünə ikinci vətən sayan və eləcə də Azərbaycanı görməsələr də onu ABŞ-ın dostu hesab edən bütün rusdilli amerikalılar adından təşəkkür edirəm. Bir daha Sizi növbəti uğurunuz münasibətilə təbrik edirəm".

Teqlər: