Ərəb ölkəsi NATO-ya üzv olur

Ərəb ölkəsi NATO-ya üzv olur
  06 İyun 2018    Oxunub:1467
Körfəz ərəb ölkəsi Qətər tamhüquqlu üzv qismində NATO-ya daxil olmağa hazırlaşır.

AzVision.az xəbər verir ki, bu barədə Qətərin müdafiə naziri Xalid Məhəmməd əl-Əttiyyə bəyan edib.
Onun sözlərinə görə, silahlanma baxımından hazırda Qətər regionun ən vacib ölkəsidir.

“NATO-ya üzvlüyə gəldikdə isə, biz alyansın blokdan kənar başlıca müttəfiqiyik. Əgər NATO ilə tərəfdaşlığımız daha da inkişaf edəcəksə, bizim cəhdlərimiz NATO-nun tamhüquqlu üzvü olmağımıza istiqamətlənib”, – deyə Məhəmməd əl-Əttiyyə bildirib.

Qeyd edək ki, bundan əvvəl NATO bəyan etmişdi ki, Rusiyanın mümkün hucumu ilə əlaqədar 30 minlik ehtiyat qoşun yaratmaq niyyətindədirlər. Həmçinin, ötən ay ABŞ-ın körfəz ərəb ölkələrinin NATO-sunu yaradacağilə bağlı məlumatlar yayılmışdı.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qətər   NATO  





Xəbər lenti