Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ oldu
  06 İyun 2018    Oxunub:1238
Bu gün səhər saatlarında Ermənistanda zəlzələ baş verib.
AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Ermənistan Fövqəladə Hallar Nazirliyinin seysmik müdafiə xidmətinin informasiya departamentindən bildirilib ki, 6 iyun səhər saat 07:58-də baş verən zəlzələnin episentri Bavra kəndindən 11 kilometr cənub-qərbdə qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 10 kilometr, dağıdıcı gücü isə episentrdə 4-5 bal, gümrü və digər yerlərdə hiss olunan maqnituda isə 2-3 bal olub.

Dağıntılar barədə məlumat yoxdur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Zəlzələ  





Xəbər lenti