Erməni ekspertlərin fikrincə, bununla da baş nazir Nikol Paşinyan növbədənkənar parlament seçkilərinədək yeni qanunların qəbulunda elə də çətinliklə üzləşməyəcək. Respublikaçıların sırasının bundan sonra da boşalacağı gözlənilir. Çünki partiyanı tərk edənlər əsasən biznesmenlərdir ki, onlar işlərinin getməsi üçün yeni hökumətlə qarşıdurma yaşamaq istəmirlər.

Xatırladaq ki, Respublikaçıların son iclasında Serj Sarkisyan partiyadan çıxmaq istəyənlər üçün qapının açıq olduğunu demişdi. Lakin biznesmenlərdən fərqli olaraq, partiyanı tərk etməyən istəyən siyasətçilərin qarşısında şərt qoymuşdu ki, onlar çıxsalar deputatlıq mandatından birdəfəlik imtina etməlidirlər.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


