Fransada güclü partlayış - 11 yaralı

Fransada güclü partlayış - 11 yaralı
  06 İyun 2018    Oxunub:1508
Fransanın Strasburq şəhərindəki taxıl anbarında güclü partlayış baş verib.

AzVision.az “Europe 1”ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 11 nəfər xəsarət alıb. Ölənlər barədə məlumat yoxdur.
Partlayış şəhərin liman zonasında qeydə alınıb. İnsidentin hansı səbəbdən baş verməsi haqda məlumat açıqlanmayıb.

Hazırda partlayışın baş verdiyi ərazidə fövqəladə hallar xidmətinin əməkdaşları, həmçinin 70 yanğınsöndürmə maşını işləyir. Əraziyə giriş qadağan olunub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Fransa   Strasburq  





Xəbər lenti