"Normad dördlüyü" yenidən toplanır

"Normad dördlüyü" yenidən toplanır
  06 İyun 2018    Oxunub:1397
Ukraynanın şərqindəki vəziyyətin nizamlanması məqsədilə iyunun 11-də "Normad formatı" çərçivəsində Almaniya, Fransa, Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü keçiriləcək.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin məlumat verib.
O, bildirib ki, bu dəfəki danışıqlarda Almaniyanın sabiq xarici işlər naziri, hazırda isə prezident olan Frank-Valter Ştaymayerin təklif etdiyi nizamlanma formulunun sənəd şəklinə salınması və Luqansk ətrafında qüvvələrin çoxaldılması müzakirə olunacaq.

Karasin ümid edir ki, bu görüş Donbass münaqişəsinin nizamlanmasına yönələn siyasi prosesi ölü nöqtədən tərpədəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko Donbassda sülhməramlılar yerləşdirilməsini müzakirə etmək üçün tez bir zamanda "Normand formatı”nda görüş təşkil edəcəyini bildirmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   Donbass  





Xəbər lenti